ABŞ hakimiyyətinin Rusiya Prezidenti Vladimir Putini G20 Liderlər Zirvəsinə dəvət etməyi planlaşdırdığı iddia edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Washington Post" qəzetinin məlumatına görə, 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 Liderlər Zirvəsinə Putinin də dəvət edilməsi məsələsinin gündəmdə olduğunu bildirib.
Qeyd edilib ki, hələ rəsmi dəvətlər göndərilməyib, lakin Rusiya G20-nin üzvüdür və həm nazirliklər səviyyəsindəki toplantılara, həm də liderlər zirvəsinə dəvət ediləcək.
ABŞ Prezidenti Donald Tramp isə dünən Ağ Evdə jurnalistlərə açıqlama verərək, Putinə G20 dəvəti barədə məlumatının olmadığını, lakin buna qarşı çıxmayacağını bildirib. Tramp Putinin zirvəyə qatılmasının faydalı olacağını vurğulayaraq, "Hər kəslə danışması lazım olduğunu düşünürəm" - deyib.