ABŞ-nin Oklahama ştatında silahlı hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hücumda azı 10 nəfər yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.
Oklahama polisi tərəfindən verilən açıqlamaya görə, yerli vaxtla saat 21:00 radələrində Arcadia Gölü yaxınlığında atəş açıldığına dair çox sayda müraciət daxil olub.
Hücumun Arcadia Gölü yaxınlığında gənclərin bir araya gəldiyi bir məclis zamanı həyata keçirildiyi bildirilib.