"ABŞ bizə hücum etmək üçün bəhanə axtarır" - Kuba Prezidenti

11:47 - 04 May 2026

\"ABŞ bizə hücum etmək üçün bəhanə axtarır\" - Kuba Prezidenti

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin ölkəsinə hücum etmək üçün bəhanə axtardığını bildirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Dias-Kanel paytaxt Havana şəhərində “Komandante Fidel Kastronun 100 illiyi” münasibətilə keçirilən Kuba ilə Beynəlxalq Həmrəylik Görüşündə çıxışı zamanı ABŞ-nin ölkəsinə qarşı siyasətini tənqid edib.


ABŞ-nin ada ölkəsinə hərbi müdaxilə etmək üçün bəhanə axtardığını deyən Dias-Kanel bildirib: “ABŞ bizi özü üçün fövqəladə və qeyri-adi bir təhdid kimi təqdim edir. Bu, Amerika xalqının mövqeyi deyil, ABŞ hökumətinin bizə hücum etmək üçün istifadə etdiyi bəhanədir. İnsan öz-özünə sual verir: Təhdid nədir? Bu təhdidin fövqəladə tərəfi nədir? Mən hər gün bu sualı özümə verirəm. Kubaya qarşı hərbi hücumu əsaslandıracaq heç bir bəhanə, heç bir səbəb yoxdur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az