Qayınana gəlinini öldürdü - 24 il əvvəlki hadisə ortaya çıxdı

12:22 - 04 May 2026

Qayınana gəlinini öldürdü - 24 il əvvəlki hadisə ortaya çıxdı

İstanbulun Şişli ərazisində qayınana gəlinini qətlə yetirib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 2 may şənbə günü saat 13:15 radələrində Eskişehir məhəlləsində baş verib. Alınan məlumata görə, Haydarcan K.-nin oğurluq ittihamı ilə həbsdə olduğu, dini nikahda olan həyat yoldaşı Burçin Şahinin isə qayınanası Menekşe K. ilə eyni evdə yaşadığı bildirilir. Hələlik məlum olmayan bir səbəbdən yaranan mübahisə nəticəsində Menekşe K. özünə aid lisenziyasız silahla Burçin Şahinin başına iki dəfə atəş açıb. Narkotik maddə ticarəti ittihamı ilə 6 il 8 ay həbs cəzası almış Menekşe K. məhkəməyə çıxarılaraq həbs edilib.


Məlum olub ki, Menekşe K.-nin həyat yoldaşı Selahattin K. isə 24 il əvvəl yüksək dozada narkotik maddədən vəfat edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az