BƏƏ ordusu İrandan dörd qanadlı raket atdığını aşkar edib.
Manset.az xəbər verir ki bu haqda BƏƏ-nin Müdafiə Nazirliyi “X” sosial media platformasında məlumat yayıb.
Nazirlik qeyd edib ki, 3 raket ərazi suları üzərində uğurla vurulub, digəri isə dənizə düşüb.
Bildirilir ki, BƏƏ-nin müxtəlif yerlərində eşidilən səslər “hava hədəflərinin uğurlu tutulmasının nəticəsidir”.