Qatar məktəb avtobusunu vurdu - Yaralananlar var

15:30 - 06 May 2026

Qatar məktəb avtobusunu vurdu - Yaralananlar var

Türkiyənin Qaziantep şəhərində bədbəxt hadisə baş verib. 



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İslahiyə rayonunda keçiddən keçən məktəb avtobusuna qatar çırpılıb. Hadisə nəticəsində 13 şagirdin yüngül şəkildə xəsarət aldığı bildirilib.


Qəza İslahiyə rayonunun Türkbaçə məhəlləsində baş verib. 


Hadisə barədə məlumat daxil olan kimi polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları hadisə yerinə çağırılıb. Gələn təcili yardım komandaları yüngül yaralanan 13 şagirdi ilkin yardım göstərdikdən sonra İslahiyə Dövlət Xəstəxanasına çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az