ABŞ və İran müharibəni dayandırmaq üçün razılığa yaxındır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ mediası məlumat verib. ABŞ və İran müharibəni dayandırmaq məqsədilə bir səhifəlik razılaşma layihəsində razılığa yaxınlaşıblar. Layihəyə görə, sanksiyaların ləğvi, dondurulmuş vəsaitlərin sərbəst buraxılması və Hörmüz Boğazındakı məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur.
İran tərəfi bildirib ki, ABŞ-nin 14 maddəlik sülh təklifini qiymətləndirir. "Axios"un məlumatına görə, razılaşma həm müharibəni sona çatdıracaq, həm də nüvə danışıqlarının çərçivəsini müəyyən edəcək.