ABŞ Pakistandakı Peşəvar Baş Konsulluğunu mərhələli şəkildə bağlayır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti personalın təhlükəsizliyi səbəbindən Pakistandakı Peşəvar Baş Konsulluğunu mərhələli şəkildə bağlayacağını açıqlayıb.
Açıqlamada bildirilib ki, Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva əyalətindəki Peşəvar Baş Konsulluğu əməkdaşların təhlükəsizliyi və resursların səmərəli istifadəsi səbəbindən etdiyini bildirib.
Diplomatik əlaqələrin idarə olunması isə əyalətdə ABŞ-nin İslamabaddakı səfirliyi tərəfindən davam etdiriləcək.