Türkiyənin kino ulduzu Kadir İnanır son halı ilə diqqət mərkəzindədir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk kino sənətinin unudulmaz simalarından olan Kadir İnanır uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparır. Üçüncü dəfə beyin damarında qan laxtası yaranması nəticəsində insult keçirən usta sənətçi bir müddətdir müalicə prosesini gözlərdən uzaq davam etdirir.
Son zamanlarda K.İnanırı müalicə aldığı mərkəzdə ziyarət edənlərdən biri də yaxın dostu Coşkun Sabah olub.
Sabah ziyarət anlarını sosial media hesabında paylaşaraq sənətçinin olduqca xoşbəxt göründüyünü və əhvalının yaxşı olduğunu bildirib. O, paylaşımında İnanırın gözlərindəki sevincə diqqət çəkərək usta aktyoru yaxşı vəziyyətdə gördüyünü və ona tezliklə sağalmağı arzuladığını qeyd edib.
Həmin fotonu təqdim edirik: