Epstein intihar məktubunda nələr yazıb? - AÇIQLANDI

11:15 - 07 May 2026

Epstein intihar məktubunda nələr yazıb? - AÇIQLANDI

ABŞ-da həbsdə ölmüş milyarder Jeffrey Epsteinin iddia olunan intihar məktubu yayılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də yetkin olmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunan və həbsdə ölü tapılan milyarder Jeffrey Epsteinin ölümündən bir neçə həftə əvvəl yazdığı iddia edilən və “intihar qeydi” kimi qiymətləndirilə biləcək yazı ictimaiyyətə təqdim edilib.

Qeyddə aylarla davam edən istintaqa baxmayaraq heç bir nəticə əldə olunmadığı vurğulanaraq, “Məndən nə gözləyirsiniz, ağlayım, nalə edim? Vidalaşma zamanını seçmək böyük bir lütfdür” - kimi ifadələr yer alıb.

Digər tərəfdən ABŞ mediasında yayılan xəbərlərə görə, qeydin həqiqətən Epstein tərəfindən yazılıb-yazılmadığı hələ tam dəqiqləşməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az