ABŞ Prezidenti Donald Tramp Almaniyadakı hərbi qüvvələrin sayını azaldacağını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Almaniyadan 5 min hərbi şəxsi geri çağıracağını bildirməsi Avropadakı Amerika hərbi mövcudluğunu yenidən gündəmə gətirib. ABŞ hökuməti əvvəlki açıqlamaları ilə də İtaliya və İspaniya kimi ölkələrdəki hərbi mövcudluğunu azalda biləcəyinə işarə edir.
Bu inkişaf Avropanın son illərdə sürətləndirdiyi müstəqil müdafiə strategiyasının əsas səbəblərindən biridir.
Donald Tramp Berlinlə yaşanan siyasi gərginlikdən sonra Almaniyadakı hərbi sayını azaltmaq qərarı verib. ABŞ Prezidenti eyni zamanda İranla bağlı hərbi əməliyyatlara dəstək verməyən Avropa ölkələrinə qarşı sərt açıqlamalar edib və İtaliya ilə İspaniyadakı Amerika hərbi qüvvələrinin də geri çağırıla biləcəyini bildirib.
Qlobal müdafiə nəşrlərinə görə, bu açıqlamalar NATO daxilində hərbi koordinasiyanın çatlaq vəziyyətinə çatdığını göstərir. Almaniya, İspaniya, İtaliya və Türkiyədə zaman-zaman keçirilən ictimai rəy sorğuları isə bu hərbi bazaların bir işğal bazası kimi qəbul edildiyini və əksər hallarda ölkə vətəndaşları tərəfindən bu hərbi mövcudluğun istənmədiyini ortaya qoyur.