"MV Hondius"dan sərnişinlərin təxliyəsində iştirak edən əməkdaş vəfat etdi

22:16 - 11 May 2026

\"MV Hondius\"dan sərnişinlərin təxliyəsində iştirak edən əməkdaş vəfat etdi

"MV Hondius" gəmisində hantavirusun yayılmasından sonra sərnişinlərin təxliyəsində iştirak edən İspaniya Mülki Qvardiyasının əməkdaşı ürək çatışmazlığından vəfat edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus məlumat yayıb.

Onun sözlərinə görə, əməkdaş İspaniya hakimiyyətinin ÜST ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatda iştirak edib. Əməliyyatın məqsədi "MV Hondius" gəmisində olan şəxslərin Puerto-de-Qranadilya limanından hava limanına təhlükəsiz şəkildə çatdırılması və repatriasiyası olub.

Tedros Adhanom Qebreyesus bildirib ki, hadisədən dərhal sonra limanda olan xilasedicilər reanimasiya tədbirlərinə başlayıblar, lakin kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bundan əvvəl "MV Hondius" gəmisinin Tenerife adasına çatdığı və sərnişinlərin, eləcə də heyətin bir hissəsinin təxliyəsinə başlanıldığı bildirilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az