Dünyanı növbəti virus bürüyür - Ölənlərin sayı 190-a çatdı

10:17 - 12 May 2026

Dünyanı növbəti virus bürüyür - Ölənlərin sayı 190-a çatdı

Nigeriyada Lassa qızdırması səbəbindən ölənlərin sayı 190-a çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərin Nəzarəti Mərkəzinin (NCDC) məlumatına görə, ölkənin müxtəlif əyalətlərində Lassa qızdırması epidemiyası yayılmaqda davam edir.

Məlumatda bildirilir ki, ilin əvvəlinə qədər Lassa qızdırması səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib.

Xəbərdə həmçinin vurğulanır ki, ölkədə Lassa epidemiyasına bağlı ölüm nisbəti artmaqda davam edir. Vaka ölüm nisbəti keçən ilin eyni dövründə qeydə alınan 19,1%-dən 25,2%-yə yüksəlib.

NCDC-nin açıqlamasında qeyd olunub ki, hesabat həftəsində yeni təsdiqlənmiş xəstə sayında azalma müşahidə olunsa da, xəstələrin gec müraciət etməsi səhiyyə xidmətlərinə kifayət qədər üz tutmaması və səhiyyə işçiləri arasında infeksiyanın yayılması ilə bağlı narahatlıqlar davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az