"Avropa öz ordusunu qurmalıdır" - İspaniya

11:18 - 12 May 2026

\"Avropa öz ordusunu qurmalıdır\" - İspaniya

İspaniya Xarici İşlər naziri Xose Manuel Albares Brüsseldə keçiriləcək Xarici İşlər Şurası iclası öncəsi açıqlamalar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Albares ABŞ Prezidenti Donald Trampın NATO alyansına yönəlmiş tənqidlərini xatırladaraq Avropa ölkələrinin Rusiya kimi aktorların Vaşinqtondan yardım göstərib-göstərməyəcəyini sınayacağı bir vəziyyətə hazır olmalı olduğunu bildirib. Nazir əlavə edib ki, ABŞ-nin öz hərbi qüvvələrini gücləndirməsi alyansa zərər vermir. Albares deyib: “NATO-nun təmin etdiyi qoruyuculuq yenidən bərpa edilməlidir. Əgər NATO əvvəllər verdiyi təhlükəsizliyi təmin edə bilmirsə, Avropalılar olaraq daha çox iş görməliyik”.

Albares ABŞ-nin avropalılar üçün tarixi və təbii müttəfiq olduğunu vurğulayıb, eyni zamanda Tramp administrasiyasının transatlantik münasibətlərə dair yeni fikir və vizyonlara sahib olduğunu qəbul etməyin vacib olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az