Pakistanın şimal-qərbində bazarda partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayışda 9 nəfər ölüb, 18 nəfər yaralanıb.
Partlayış nəticəsində həlak olanların 2-si polis olub.
Hadisə barədə məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanları dərhal hadisə yerinə göndərilib.
Hadisənin səbəbini müəyyən etmək məqsədilə bölgədə araşdırma aparılır.