İrandan ABŞ-yə uran TƏHDİDİ

12:00 - 12 May 2026

İrandan ABŞ-yə uran TƏHDİDİ

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rızai ölkəsinin təkrar hücuma məruz qalması halında uranı 90%-ə qədər zənginləşdirməyi seçimlər arasında nəzərdən keçirə biləcəyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rızai ABŞ mərkəzli X sosial media platformasında etdiyi açıqlamada uranın zənginləşdirilməsi mövzusunda qiymətləndirmələrini paylaşaraq, bu məsələnin parlamentdə müzakirə olunacağını qeyd edib.

Qeyd edək ki, 90% saflıq səviyyəsində uran nüvə silahı istehsalında istifadə olunan səviyyə hesab edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az