ABŞ-də silahlı insident - Yaralılar var

12:36 - 12 May 2026

ABŞ-də silahlı insident - Yaralılar var

ABŞ-nin Massachusetts ştatının Cambridge şəhərində bir şəxs küçədən keçən avtomobillərə atəş açıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ağır yaralanıb.

Məlumata görə, yerli vaxtla saat 13:30 radələrində baş verən hadisə barədə çoxsaylı polis briqadaları çağırılıb. Middlesex bölgəsinin baş prokuroru Marian Ryan bildirilib ki, Memorial Drive-da baş verən silahlı hücum zamanı 50-60 atəş açılıb.

Ryan əlavə edib ki, hücum edən şəxs 46 yaşlı Boston sakini Tayler Braun olub və hadisə yerində dövlət polisi və qanuni silah daşıma icazəsi olan bir vətəndaş tərəfindən zərərsizləşdirilib. Sərxoş Brown cinayətə cəhd və atəşli silah qanununu pozmaq ittihamları ilə məhkəməyə çıxarılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az