Yunanıstan məmurları maaş artımı tələbi ilə ölkə üzrə 24 saatlıq işləəyərək aksiyaya başlayıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, aksiya Yunanıstan Məmur Sindikatları Konfederasiyasının (ADEDY) çağırışı ilə keçirilib.
Paytaxt Afinanın mərkəzində toplanan məmurlar Sintagma Meydanındakı parlament binasına yürüyərək tələblərini çatdırıblar. Məmurlar həm mövcud həyat bahalılığına qarşı maaşlarının artırılmasını, həm də əvvəllər 13-cü və 14-cü maaş kimi verilən, lakin 2009-cu ildən başlayan iqtisadi böhran dövründə dayandırılan ödəmənin yenidən bərpa edilməsini tələb ediblər.