İngiltərə Hantavirus yayılması müşahidə olunan Hollandiya bayraqlı MV Hondius gəmisilə əlaqəli 10 vətəndaşını önləyici karantin məqsədilə ölkəyə gətirəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) yazılı açıqlamasına görə, ölkənin uzaq əraziləri olan Sent-Helen və Ascension adalarından gətiriləcək şəxslər gəmidəki sərnişinlər və ya təsdiqlənmiş hallarla təmasda olmuş səhiyyə işçiləridir.
Açıqlamada həmçinin qeyd olunur ki, həmin şəxslər hal-hazırda izolasiya şəraitindədir, heç birində simptom müşahidə olunmayıb və İngiltərənin Milli Sağlamlıq Sistemi (NHS) çərçivəsində yüksək riskli yoluxucu xəstəliklər üçün lazım olan ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanına malik olmaq məqsədilə ölkəyə gətiriləcəklər.