"ABŞ və İran arasında münasibətləri yenidən başlatmaq imkanı var"

23:52 - 19 May 2026

\"ABŞ və İran arasında münasibətləri yenidən başlatmaq imkanı var\"

ABŞ və İran saziş bağlamaq yolu ilə ikitərəfli münasibətləri yenidən başlada bilərlər.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə brifinqdə deyib.

"Hesab edirəm ki, bizim İran və Birləşmiş Ştatlar arasında 47 il ərzində mövcud olan münasibətləri yenidən başlamaq imkanımız var. Prezident (ABŞ Prezidenti Donald Tramp – red.) bizdən məhz bunu xahiş edib və biz bunun üzərində işləməyə davam edəcəyik, lakin tanqo üçün iki nəfər lazımdır. İranlılara nüvə silahı əldə etməyə imkan verəcək bir saziş bağlamaq niyyətində deyilik", - o bildirib.

Vensin sözlərinə görə, ABŞ sazişin pozulacağı təqdirdə tam döyüş hazırlığı vəziyyətindədir və zərurət yaranarsa, İrana qarşı əməliyyatı bərpa edər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az