ABŞ və İran arasında danışıqların növbəti raundu may ayının sonunda, həcc ziyarətinin əsas ayinləri başa çatdıqdan sonra Pakistanda baş tutacaq.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, danışıqların növbəti raundu İslamabadda keçiriləcək.
Məlumata görə, Pakistan nümayəndəsinin cümə axşamı İrana səfər edəcəyi gözlənilir. Səfərin məqsədi yekun saziş layihəsi üzərində işlərin tamamlandığını rəsmən elan etməkdir.