Britaniyanın “Radio Caroline” radiostansiyası səhvən Kral III Çarlzın ölüm xəbərini yayıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 19-da monarxın ölüm xəbəri “Tanrı Kralı qorusun” himni ilə yanaşı yayımlanıb. Bundan sonra adi yayım qəfil dayanıb və 15 dəqiqə ərzində bərpa olunmayıb.
Aparıcılar sonda efirə qayıdıb və Çarlzın ölüm xəbərini təkzib edib.
Onlar dinləyicilərdən üzr istəyib və anlaşılmazlığın “kompüter xətası” ilə bağlı olduğunu izah ediblər.