“Green card” qaydaları dəyişdirildi

11:03 - 23 May 2026

“Green card” qaydaları dəyişdirildi

ABŞ-nin İmmiqrasiya Xidməti əcnəbilər üçün viza və “green card” verilişi qaydalarını dəyişib. Artıq ABŞ ərazisində ola-ola “green card” üçün müraciət etmək mümkün olmayacaq, belə ki, bunun üçün ərizəçi öz vətəndaşı olduğu ölkəyə qayıdaraq oradan ABŞ-nin diplomatik missiyasına müraciət etməli olacaq.


Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

Bildirilib ki, əcnəbilər öz ölkələrindən müraciət etdikdə, yaşayış icazəsi üçün ərizələrinə rədd cavabı gəldikdən sonra ABŞ-də qanunsuz qalmağa çalışan şəxslərin axtarılması və deportasiya edilməsinə ehtiyac azalır.

Qurumdan bildirilib ki, qeyri-immiqrasiya vizalarının sahibləri — məsələn, tələbələr, müvəqqəti işçilər və ya turistlər - ABŞ-yə qısa müddət və müəyyən məqsədlə gəlirlər. Onlar səfərləri başa çatdıqdan sonra ölkəni tərk etməlidirlər. Lakin bir çox hallarda onlar ABŞ-yə gəldikdən sonra immiqrasiya prosesinə başlayırlar. Yeni qaydanın tətbiqi bunun qarşısını almağa yönəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az