İsrailin zərbələrində Livanda ölənlərin sayı ARTDI

23:43 - 23 May 2026

İsrailin zərbələrində Livanda ölənlərin sayı ARTDI

Hərbi eskalasiya başlayandan (2 mart) bəri İsrailin aviazərbələri nəticəsində Livanda ölənlərin sayı 3 123-ə çatıb, 9 506 nəfər xəsarət alıb.


Manset.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənub və şərq rayonlarına zərbələr endirməyə davam edir, son sutka ərzində orada 12 nəfər ölüb, daha 109 nəfər yaralanıb", - qurumdan bildirilib.

Qeyd olunur ki, Nəbatiyyə və Tirdə axtarış-xilasetmə işləri və zərbələr zamanı dağılmış binaların uçqunlarının təmizlənməsi davam edir, bununla əlaqədar ölənlərin və xəsarət alanların sayı arta bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az