Rusiya səfiri Albaniya XİN-ə çağırıldı

00:30 - 25 May 2026

Rusiya səfiri Albaniya XİN-ə çağırıldı

Albaniya Xarici İşlər Nazirliyi Rusiyanın Kiyevə endirdiyi zərbələrdən sonra bu ölkənin səfiri Aleksey Zaytsevi nazirliyə çağırıb.


Manset.az RBK-ya istinadən xəbər verir ki, bu barədə Albaniyanın xarici işlər naziri Ferit Xoca "X" sosial şəbəkəsində paylaşım edib.

Xocanın iddiasına görə, mayın 24-nə keçən gecə Albaniyanın Ukraynadakı səfirinin yaşadığı binaya ziyan dəyib. Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Ukraynanın mülki infrastruktur obyektlərinə zərbələr planlaşdırılmayıb və həyata keçirilməyib.

"Albaniyadakı Rusiya Federasiyasının səfiri izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə Ferit Xoca bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az