Serenay Sarıkaya saxlanıldı

12:24 - 25 May 2026

Serenay Sarıkaya saxlanıldı

Türkiyədə məşhurlara qarşı başladılan narkotik araşdırması çərçivəsində aktrisa Serenay Sarıkaya saxlanılıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda narkotik vasitələrin istifadəsini təşviq edən, bunun üçün şərait yaradan və istifadəçilərə yer təmin edən şəxslərlə bağlı aparılan araşdırma çərçivəsində Serenay Sarıkaya saxlanılıb.

Bakırköy Prokurorluğu tərəfindən “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və ya istifadə etmə”, həmçinin “narkotik və ya psixotrop maddələrin istifadəsinə şərait yaratma” maddələri üzrə başlanmış istintaq davam edir.

S.Sarıkaya jandarmadakı ifadəsindən sonra Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndəriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az