İran Xarici İşlər Nazirliyinin sözçüsü Hörmüz boğazının idarəçiliyinin sahilyanı dövlətlərə məxsus olduğunu vurğulayaraq, keçidlərə görə hər hansı ödəniş tələb olunmayacağını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sözçü həmçinin ABŞ ilə davam edən danışıqlarda müəyyən layihə üzrə ümumi razılıq əldə olunsa da, yekun sazişin imzalanmasına hələ yaxın olunmadığını bildirib.
Rəsmi nümayəndə boğazın idarə olunmasının tam şəkildə bölgədə sahili olan dövlətlərin məsuliyyətində olduğunu qeyd edib və keçid edən gəmilərdən ödəniş alınacağı barədə yayılan iddiaları qətiyyətlə təkzib edib. Sözçü bildirib ki, boğazda göstərilən müxtəlif xidmətlər təbii olaraq müəyyən xərclər yarada bilər, lakin həmin məbləğlər “keçid haqqı” kimi qiymətləndirilməməlidir.
İranlı sözçü ABŞ ilə davam edən təmaslara da toxunaraq bir çox istiqamətlər üzrə ümumi çərçivənin formalaşdırıldığını, lakin bunun yaxın müddətdə hər hansı sazişin imzalanacağı anlamına gəlmədiyini deyib.
Son olaraq sözçü vurğulayıb ki, əldə oluna biləcək mümkün razılaşma Livan da daxil olmaqla bölgədəki bütün silahlı qarşıdurmaların dayandırılmasını da əhatə edəcək.