Pilot infarkt keçirdi - Təyyarə təcili eniş etdi

16:49 - 25 May 2026

Pilot infarkt keçirdi - Təyyarə təcili eniş etdi

Tenerife ilə Birləşmiş Krallığın Birmingem şəhəri arasında reys həyata keçirən aşağı büdcəli hava yolu şirkəti Jet2yə məxsus təyyarənin pilotu uçuş zamanı 9 min metrdən yüksək hündürlükdə ürək tutması keçirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunun ardından ikinci pilot təcili eniş qərarı verib.


Pilot özünü pis hiss etməyə başlayanda kabin heyəti sərnişinlər arasında həkim olub-olmadığını soruşub.


Təyyarədə 220 sərnişinin olduğu "Airbus A321" tipli hava gəmisi Porto hava limanına məcburi eniş edib.


Təyyarə yerə endikdən sonra təcili yardım briqadaları uçuş zolağında pilota ilkin tibbi yardım göstərib. Daha sonra pilot Portuqaliyadəki xəstəxanalardan birinə yerləşdirilib. Məlumata əsasən, sərnişinlər dayanmış təyyarənin içində bir saatdan çox gözləməli olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az