Rəcəb Tayyib Ərdoğan Heysəm bin Tariq ilə telefon danışığı aparıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər Türkiyə ilə Oman arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Görüş zamanı Rəcəb Tayyib Ərdoğan bölgədə müharibənin yenidən alovlanmasının heç kimin xeyrinə olmadığını, diplomatik addımların dəstəklənməsinin vacibliyini vurğulayıb. O, Türkiyənin bölgədəki qardaş ölkələrlə birlikdə davamlı sülhün bərqərar olunması üçün səylərini davam etdirdiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan həmçinin Fələstin torpaqlarında sülh və sabitliyin təmin olunması istiqamətində səylərin davam etdiyini, Fələstin xalqının hüquqlarının qorunması üçün bütün beynəlxalq platformalarda dəstəyin davam etdiriləcəyini qeyd edib.
Görüş zamanı Rəcəb Tayyib Ərdoğan Heysəm bin Tariqin Qurban bayramını da təbrik edib.