Ölkə savaş meydanına döndü - Ölən və yaralananlar var

10:10 - 26 May 2026

Ölkə savaş meydanına döndü - Ölən və yaralananlar var

Boliviyada Prezident Rodrigo Pazın istefası tələbi ilə üç həftədən artıqdır davam edən etiraz aksiyalarında baş verən qarşıdurmalar yaranıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, yerli mətbuatda yayılan məlumata görə, ölkənin qərbində yerləşən avtomobil yolunu yenidən nəqliyyatın istifadəsinə verməyə çalışan təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib. Hadisə zamanı 1 nəfər ağır yaralanıb.


Xəstəxanaya çatdırılan Victor Cruz Quispe adlı şəxsin odlu silah yarası nəticəsində həyatını itirdiyi bildirilib.


Baş verən ölüm hadisəsindən dərin kədər hissi keçirdiklərini deyən Prezident Administrasiyasının sözçüsü Jose Luis Galvez bildirib:


“Təəssüf ki, bir vətəndaşımızın həyatını itirdiyini öyrəndik. Bu hadisə ilə bağlı müxtəlif kanallar vasitəsilə dərin təəssüfümüzü ifadə etmişik. Heç bir Boliviya vətəndaşı belə şəraitdə həyatını itirməməlidir. Heç kim qanundan üstün deyil və hadisə hərtərəfli araşdırılır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az