Çilinin şimalında 6,9 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanlar ölkənin şimalındakı Calama şəhərindən 31 kilometr şərqdə qeydə alınıb.
Məlumatda zəlzələnin 101 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Səlahiyyətli qurumlar hadisə nəticəsində insan tələfatının və maddi ziyanın qeydə alınmadığını açıqlayıblar.