Cənubi Koreyanın paytaxtı Seulda yerləşən keçid çöküb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, çöküntü nəticəsində 3 nəfər həyatını itirib, daha 3 nəfər isə yaralanıb.
Məlumata görə, hadisə Seul şəhərində köhnə yerüstü keçidin sökülməsi zamanı baş verib.
Yerüstü keçidin parçalarının yaxınlıqdakı dəmir yolu xəttinin üzərinə düşməsindən sonra şəhərdə bəzi qatar reysləri müvəqqəti dayandırılıb.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün genişmiqyaslı araşdırmaya başlanılması barədə göstəriş verilib.