Ərdoğan və Pezeşkian bölgədəki vəziyyəti müzakirə etdilər 

18:46 - 26 May 2026

Ərdoğan və Pezeşkian bölgədəki vəziyyəti müzakirə etdilər 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefonla danışıb.


Manset.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, regional və qlobal hadisələr müzakirə olunub.

Ərdoğan bölgədəki münaqişə prosesi səbəbindən bayramı kədərli qarşıladıqlarını, İran xalqının bu çətin zamanları aşacağına və əmin-amanlığa qovuşacağına inandığını ifadə edib.

Türkiyə olaraq sülh və sabitliyin təmin edilməsi üçün çalışdıqlarını qeyd edən Ərdoğan danışıqların müsbət nəticələnməsi üçün hər cür dəstəyi verməyə davam edəcəklərini bildirib.

Ərdoğan İran Prezidentini Qurban Bayramı münasibətilə təbrik edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az