Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və ABŞ Konqresinə Ukraynada Hava Hücumundan Müdafiə sistemlərinin çatışmazlığı barədə xəbərdarlıq məktubu göndərib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
"Raketdən müdafiə məsələsinə gəldikdə, dostlarımıza güvənirik", - məktubda deyilir.
Ukraynanın ballistik raketlərdən müdafiə məsələsində demək olar ki, tamamilə ABŞ-dan asılı olduğu vurğulanır.
Zelenskinin məktubunda PURL proqramı vasitəsilə əldə edilən silahların həcminin artıq Kiyevin üzləşdiyi real təhlükə səviyyəsinə uyğun gəlmədiyi də qeyd olunub.