Türkiyənin məşhur sənətçisi Bülent Ersoy ilə bağlı sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Videoda sənətçini yaxından tanıdığını iddia edən bir sosial media istifadəçisi onun cinsiyyət dəyişdirmə prosesi və həmin dövrdə yaşadıqları barədə diqqətçəkən açıqlamalar verib.
Manset.az xəbər verir ki, Bülent Ersoy illər əvvəl Türkiyədə böyük rezonans doğuran əməliyyat qərarı ilə gündəmə gəlib və bu addım onun həm sənət həyatına, həm də şəxsi yaşamına ciddi təsir edib. Sosial şəbəkədə yayılan videoda sənətçinin həmin dövrdə bir çox çətinliklərlə üzləşdiyi, uzun müddət ictimai təzyiqlərə məruz qaldığı bildirilib.
Qeyd edək ki, Bülent Ersoy Türkiyənin ən tanınmış klassik musiqi ifaçılarından biri hesab olunur. O, 1980-ci illərdə cinsiyyət dəyişdirmə əməliyyatı keçirdikdən sonra uzun müddət medianın və ictimaiyyətin diqqət mərkəzində olub. Sənətçi sonradan yenidən səhnəyə qayıdaraq fəaliyyətini davam etdirib və “Diva” ləqəbi ilə məşhurlaşıb.
Sosial şəbəkələrdə yayılan son video isə istifadəçilər arasında böyük maraq doğurub. Bir çox izləyici sənətçinin həyat hekayəsinin olduqca dramatik və diqqətçəkən olduğunu vurğulayıb.
Həmin videonu təqdim edirik: