Süni intellektlə yaradılan videoları müəyyən etmək mümkün olacaq

18:05 - 28 May 2026

Süni intellektlə yaradılan videoları müəyyən etmək mümkün olacaq

Yutub süni intellektdən istifadə olunaraq yaradılmış məzmunun işarələnməsi ilə bağlı tədbirləri genişləndirir.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə məlumatı şirkət özü yayıb. 

Bildirilib ki, yutub süni intellektlə yaradılmış məzmun barədə qeydləri istifadəçilər üçün daha görünən edəcək.

Belə ki, əvvəllər videoda süni intellektdən istifadə olunması barədə məlumat əsasən videonun təsviri hissəsində yerləşdirilirdi. İndi isə müvafiq qeyd birbaşa videonun adının yanında göstəriləcək. Dəyişikliklər isə həm standart videolara, həm də "Shorts" formatına şamil olunacaq.

Bundan əlavə, yutub süni intellektlə yaradılmış məzmunun aşkarlanması üçün avtomatik analiz sistemini işə salır. Əvvəllər bu cür yoxlamalar əsasən istifadəçi müraciətlərindən sonra və ya əl ilə aparılırdı. İndi isə videohostinqin alqoritmləri süni intellekt vasitəsilə yaradılmış şəkillər və digər elementləri ehtiva edən materialları müstəqil şəkildə müəyyən edə biləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az