Münhen Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb - SƏBƏB

15:52 - 30 May 2026

Münhen Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb - SƏBƏB

Almaniyanın Münhen Beynəlxalq Hava Limanında bu gün səhər saatlarında pilotsuz uçuş aparatlarının ərazidə müşahidəsi səbəbilə hava hərəkəti müvəqqəti dayandırılıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, PUA şübhəsi ilə təhlükəsizlik tədbirləri görülüb və həm uçuş-enmə zolaqları bağlanıb, həm də ümumi hava əməliyyatları qısa müddətə dayandırılıb. Polis hadisə yerinə cəlb olunub və araşdırma aparılıb.

    Hava limanı əməliyyatları bərpa etsə də, bəzi reyslərdə gecikmə və ləğvlər qeydə alınıb.

    Hazırda vəziyyət nəzarət altındadır və araşdırma davam edir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az