ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin gələcəkdə onu əvəz edə biləcəyinə tam əmin deyil.
Manset.az APA-ya istinadən xəbər verir ki, Tramp son vaxtlar köməkçiləri və müttəfiqləri ilə söhbətlərində Vensin prezidentlik üçün kifayət qədər potensiala malik olub-olmadığını müzakirə edib.
Nəşrin yazdığına görə, ABŞ lideri yaxın çevrəsində tez-tez “Cey Di Vens sona qədər gedə biləcək keyfiyyətlərə malikdirmi?” sualını səsləndirir.