Türkiyənin Dənizli vilayətində sərnişin avtobusu maneələrə çırpıldıqdan sonra yanıb.
Manset.az xəbər verir ki, hadisə Sarayköy rayonunda qeydə alınıb.
Belə ki, 40 nəfərin olduğu avtobus idarəetmədən çıxaraq maneələrə çırpılıb, zərbə nəqliyyat vasitəsində yanğına səbəb olub. Qəza nəticəsində yeddi nəfər ölüb, daha 30 sərnişin xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım xidməti, xilasedicilər, polis və jandarm əməkdaşları, habelə yanğınsöndürmə briqadası göndərilib.
Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Araşdırma aparılır.