Konqo Demokratik Respublikasının (KDR) qərbində gəminin qəzaya uğraması nəticəsində azı 11 nəfər batıb, daha onlarla insan isə itkin düşüb.
Manset.az xəbər verir ki, bu barədə Actualite portalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.
Qeyd edilir ki, faciə Baqata şəhəri yaxınlığında, Kvilu çayında baş verib.
Gəmidə 150 nəfər olub ki, onlardan da 47-si xilas edilib, 11 nəfərin isə meyiti tapılıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.