Myanmada partlayış - Ölən və yaralananlar var

19:45 - 31 May 2026

Myanmada partlayış - Ölən və yaralananlar var

Myanmanın şimal-şərqində dağ-mədən sənayesi üçün nəzərdə tutulan partlayıcı maddələrin saxlanıldığı ehtimal edilən binada güclü partlayış baş verib.


Manset.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Məlumata görə, bazar günü axşam saatlarına olan qədər dağıntılar altından 6-sı uşaq olmaqla, ümumilikdə 46 nəfərin meyiti çıxarılıb. Partlayış dalğasının təsirindən xəsarət alan daha 74 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, partlayışın gücündən yaxınlıqdakı 100-dən çox fərdi yaşayış evinə və tikiliyə ciddi ziyan dəyib, bəziləri isə tamamilə uçub. Hazırda hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir, ölü və yaralı sayının artacağı istisna olunmur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az