Prezident Ahmed Şara ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı ikitərəfli münasibətlər və regiondakı siyasi və təhlükəsizlik vəziyyətindəki son inkişaflar müzakirə olunub.
Şara və Tramp Suriya üçün sabitliyi dəstəkləyəcək və yaxın gələcəkdə iqtisadi bərpa prosesinə töhfə verəcək ortaq əməkdaşlıq yollarını qiymətləndiriblər.
Görüş zamanı bölgədəki təhlükəsizlik vəziyyəti və regional gərginliyin yaratdığı çətinliklər də müzakirə olunub. Şara Suriya’nın yenidənqurma və bərpa mərhələsində beynəlxalq dəstəyin davamlı olmasının vacibliyini vurğulayaraq, qalan sanksiyaların aradan qaldırılmasının ölkə iqtisadiyyatının canlanması və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması üçün əsas addım olduğunu qeyd edib.