Cənubi Koreyada güclü partlayış baş verdi

12:01 - 01 İyun 2026

Cənubi Koreyada güclü partlayış baş verdi

Cənubi Koreyada müdafiə sənayesi müəssisələrindən birində güclü partlayış baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.


Partlayış Tedjon şəhərində yerləşən "Hanwha Aerospace" şirkətinin zavodunda yerli vaxtla saat 10:59-da baş verib.


Partlayışdan sonra müəssisədə yanğın başlayıb və hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.


İlkin ehtimallara görə, hadisə işçilərin partlayıcı maddələrlə əlaqəli təmizləmə işləri apardığı zaman baş verib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az