Makron və Tramp Hörmüz boğazı ilə bağlı müzakirə apardı

17:02 - 01 İyun 2026

Makron və Tramp Hörmüz boğazı ilə bağlı müzakirə apardı

Fransa Prezidenti Emmanuel Makron dün gecə ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardıqlarını açıqlayaraq Hörmüz Boğazının təhlükəsizliyinin təmin olunması və yenidən açılması üçün üzərinə düşəni etməyə hazır olduqlarını bildirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Makron görüşdə Trampa ABŞ və İran arasında sürətli razılaşmanın əldə olunması üçün göstərdiyi qərarlı səylərə görə təşəkkür etdiyini və bu səyləri dəstəkləməyə hazır olduqlarını vurğulayıb:


“Bu səyləri dəstəkləməyə və tətbiqində üzərimizə düşəni etməyə hazır olduğumuzu bildirdim”.


Fransız Prezidenti həmçinin Hörmüz boğazının təhlükəsizliyini təmin etmək məqsədilə yaradılmış çoxmillətli, müdafiə yönümlü dəniz missiyasına toxunaraq bildirib:


“Bu, İngiltərə və tərəfdaşlarımızla birlikdə qurduğumuz və razılaşma əldə olunmaz-olunmaz dərhal fəaliyyətə keçməyə hazır olan beynəlxalq missiyanın məqsədidir. Bundan əlavə, yaxın zamanda başlanacaq daha geniş müzakirələrdə, xüsusilə hər hansı bir razılaşmanın nüvə aspekti ilə bağlı olaraq, bilik və imkanlarımızı təqdim etməyə hazırıq”.


Makronun açıqlaması bölgədə sülh və təhlükəsizlik təşəbbüslərinə Fransanın aktiv dəstəyini bir daha təsdiqləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az