Acun Ilıcalıya bəraət verildi

16:09 - 02 İyun 2026

Acun Ilıcalıya bəraət verildi

Türkiyədə TV8 və Exxen platformalarında yayımlanan bəzi futbol oyunlarında qanunsuz qumar reklamları edilməsi iddiası ilə Acun İlıcalı və kanal, platforma rəhbərləri olmaqla 7 nəfərin məhkəməsi başa çatıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 25-ci Asliye Cinayət Məhkəməsində keçirilən prosesə 3 təqsirləndirilən şəxs və vəkilləri ilə birlikdə qatılıb.


Məhkəmədə Acun İlıcalı və bəzi digər təqsirləndirilənlərin vəkili Serdar Yiğit müvəkkillərinin bəraətinə qərar verilməsini tələb edib.


Məhkəməni başa vuran hakim bütün təqsirləndirilənlər barədə qəsd elementinin olmaması səbəbilə ayrı-ayrılıqda bəraət qərarı çıxarıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az