İsrail və ABŞ 2028-ci ildə müddəti başa çatacaq ikitərəfli hərbi yardım sazişinin yerini alacaq və strateji əməkdaşlığı gücləndirəcək yeni müdafiə əməkdaşlığı çərçivəsi üzrə rəsmi danışıqlara başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, bu həftə ilk görüş keçirilib, gələn həftələrdə isə hər iki ölkədə yeni görüşlərin planlaşdırıldığı vurğulanıb.
Baş nazir Bünyamin Netanyahu və müdafiə naziri Yisrael Katzın göstərişi ilə başlayan danışıqlarda İsrailin hərbi potensialının gücləndirilməsi, eləcə də iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi məqsədilə müdafiə sahəsində tədqiqat-inkişaf və birgə istehsal investisiyalarının genişləndirilməsi nəzərdə tutulur.