Çin Xalq Respublikasının sədri Si Cinpinin Şimali Koreyaya rəsmi səfər edəcəyi açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin yaydığı məlumata əsasən, Si Cinpin Şimali Koreyaya dövlət səfəri həyata keçirəcək.
Bildirilib ki, səfər Şimali Koreya lideri Kim Çen Inın dəvəti ilə təşkil olunub. Qeyd olunub ki, yüksək səviyyəli görüşlər 8–9 iyun tarixlərində keçiriləcək.