İranlı futbolçulara ABŞ vizası verildi

14:50 - 06 İyun 2026

İranlı futbolçulara ABŞ vizası verildi

İran milli komandasının futbolçuları futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etmək üçün ABŞ vizalarını alıblar.


Manset.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

"İranlı futbolçulara ABŞ-yə giriş üçün vizalar verilir",- telekanal Ağ Evin nümayəndəsinə istinadən bildirib.

İran millisinin iştirakı ilə ilk oyun iyunun 15-də Los-Ancelesdə keçiriləcək. Komanda həmin görüşdə Yeni Zelandiya millisi ilə qarşılaşacaq. İran futbolçuları DÇ-2026 çərçivəsində Belçika və Misir millilərinə qarşı da oyunlar keçirəcəklər.

Bundan əvvəl İran milli komandasının DÇ-2026-ya hazırlıq məqsədilə təlim-məşq toplanışını ABŞ-dən Meksikaya köçürdüyü bildirilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az