Ötən gün axşam saatlarında Ankaranın Etimesgut rayonunda 17 yaşlı oğlan 16 yaşlı K.A-nı keçmiş sevgilisi ilə gördükdən sonra bıçaqlayaraq öldürüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Etimesgut rayonunun Şeyh Şamil məhəlləsindəki bir parkda baş verib.
Adı açıqlanmayan 17 yaşlı bir gənc keçmiş sevgilisi ilə gördüyü K.A. ilə mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrilib və K.A. bədəninin müxtəlif yerlərindən bıçaqlanıb. Şübhəli qaçıb və məlumatdan sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.