logo
logo logo
logo

Trampdan mühüm İran açıqlaması

16:28 - 10 İyun 2026

Trampdan mühüm İran açıqlaması

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti dəfə sərt bəyanatla çıxış edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İranın yalnız bəyanatlar verdiyini, lakin hər hansı real addım atmadığını iddia edib və “Yaxın Şərqin zorakısı məhv edilib” ifadəsini işlədib.


ABŞ lideri həmçinin Fox News telekanalına verdiyi müsahibədə İrana qarşı yeni hava zərbələrinin endirilməsi barədə göstəriş verməyə çox yaxın olduğunu bildirib.


Tramp açıqlamasında deyib: “İranın silahlı qüvvələri tamamilə darmadağın edilib. Donanma və hərbi hava qüvvələrinin böyük hissəsi artıq faktiki olaraq mövcud deyil. Onlar tam məğlub olublar. İran yalnız danışır, heç bir əməli addım atmır. Yaxın Şərqin zorakısı məhv edilib.

Ölkə rəhbərliyi özü üçün olduqca əlverişli ola biləcək razılaşmanın əldə olunmasını həddindən artıq gecikdirdi. İndi isə bunun nəticələrinə qatlaşmalı olacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az